Pakistan Hərbi Hava Qüvvələri Kabilə hava zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın paytaxtı Kabilə iki hava hücumu həyata keçirib.
Hədəfin Pakistan ərazisində son aylarda baş verən hücumlara görə məsul tutulan silahlı qruplar olduğu bildirilir. Zərbələr nəticəsində dağıntılar və itkilər barədə dəqiq məlumat hələlik açıqlanmayıb.
Hadisə iki qonşu ölkə arasında gərgin münasibətlərin daha da kəskinləşəcəyi ehtimalını artırıb.
Tahir Turan
Globalinfo.az