Globalinfo.az HƏMAS arasında atəşkəs razılaşması qüvvəyə minib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağında atəşkəs bu gün yerli vaxtla saat 12-dən etibarən qüvvəyə minib.
Qeyd edək ki, ötən gecə HƏMAS-la İsrail arasında atəşkəs əldə olunub.
Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.
***09:03
HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında bəyanat dərc olunub.
“Həmas Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır”, – bəyanatda deyilir.
Hərəkat həmçinin məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Misir, Qətər və Türkiyəyə, həmçinin ABŞ prezidenti Donald Trampa atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində işlədiyinə görə təşəkkür edib.