c46b5b72 0d85 4ef8 acab 08cbcb55bdc1 850

ABŞ-ın Yaxın Şərqlə bağlı hesabatı ifşa edilib. 

Globalinfo.az xəbər verir ki, tanınmış amerikalı jurnalist Anne Applebaum televiziyaya müsahibəsində agentlikdən bəzi sənədlərin əlinə keçdiyini açıqlayıb.

Jurnalistin sözlərinə görə, əslində ABŞ İrana heç bir hücum planlaşdırmır. Yaxın Şərqə göndərilən donanmaya hücum əmri də verilməyib. Sənədlərdə bunun sadəcə Tehrana güc nümayişi məqsədi daşıdığı qeyd edilib.

Jurnalist əldə etdiyini bildirdiyi sənədlərin görüntüsünü də yayıb. Sözügedən açıqlamalar ABŞ mətbuatı və beynəlxalq arenada ciddi müzakirələrə səbəb olub.

5451938207898922882

Qeyd edək ki, son zamanlar ABŞ rəsmiləri İranla razılaşmanın əldə edilməyəcəyi təqdirdə bu ölkənin bombalanacağına dair bəyanatlar səsləndirirdi. Açıqlamalar fonunda Vaşinqtonun Yaxın Şərqdə hərbi qüvvələrinin sayını artırdığı deyilir, bu, İrana hücum hazırlığı kimi təqdim olunurdu.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: