Putin Eliyev 12313

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-9-da Tacikistanda səfərdə olacaq və bir sıra ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov açıqlama yayıb.

O bildirib ki, Düşənbədə Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında da görüş istisna edilmir.

Qeyd edək ki, Vladimir Putin MDB sammitində iştirak etmək üçün Tacikistana səfər edəcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: