1714562152 medvedev 900x565 2

Fransa prezidenti Emmanuel Makron səriştəsizdir, öz ölkəsinin taleyi ilə maraqlanmır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedev Fransanın baş naziri Sebastyan Lekornunun istefası ətrafında yaranmış vəziyyəti şərh edib.

“Kədərli bir rekorddur. Fransa hökumətinin ömrü cəmi 14 saat davam etdi. Bütün bunlar Fransanın prezidenti olmadığı üçün baş verir. Fransa Makronun vecinə deyil. Hətta 1814-cü ildə Parisə daxil olan bizim kazakların atları belə Makronun səlahiyyətlərini ondan daha yaxşı yerinə yetirərdilər”, – Medvedev vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: