“Avropa İttifaqı (Aİ) və NATO Moldovanı Qərblə Rusiya arasında seçim etməyə məcbur etməkdə davam edərsə, onu “Ukrayna ssenarisi” gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalist Tomas Fazi X sosial şəbəkə hesabında yazıb.
“Ukraynanı iki variant arasında seçim etməyə məcbur etmək onu məhv etdi: yəni ya Qərb, ya da Rusiya. İndi Aİ və NATO ölkə prezidenti Maia Sandu kimi şəxslərin dəstəyi ilə Moldovaya da eyni şeyi etməyə çalışırlar”, – o qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az