370162064 349341354163177 139410245567195551 n 1200

BMT İsrailin beynəlxalq idman yarışlarında iştirakına qadağa qoyulmasının diqqətlə araşdırılmasını tələb edir.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Alexandra Xanthaki “Sky News”a bildirib.

“Söhbət haqlı olaraq soyqırımda ittiham olunan dövlətdən gedir. Ayrı-ayrı idmançıları yox, milli komandaları nəzərə alaraq onların legitimliyini müəyyən etmək üçün xətt çəkmək mütləqdir. UEFA da bu məsələyə aktiv yanaşır”.

Qeyd edək ki, sentyabrın 25-də yayılan xəbərlərə görə, UEFA-nın 20 üzvdən ibarət icraiyyə komitəsinin əksəriyyətinin İsrailin bütün komandalarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyulmasını dəstəkləməsi gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: