Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Mülki Nüvə Əməkdaşlığı Anlaşma Memorandumu imzalanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar paylaşım edib.
Nazirin sözlərinə görə, imzalanan sənəd iki ölkə arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığın gücləndirilməsini və gələcəkdə ortaq layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Bayraktar əlavə edib ki, bu əməkdaşlıq Türkiyənin enerji təhlükəsizliyi və dayanıqlı inkişaf hədəflərinə mühüm töhfə verəcək.