Cənubi Koreya Şimali Koreyanın qitələrarası ballistik raketlərin (ICBM) inkişafında son mərhələyə çatıb.
Globalinfo.az “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya lideri Li Jae-Myunq açıqlama verib.
Onun sözlərinə görə, Pxenyan artıq öz rejimini dəstəkləmək üçün kifayət qədər nüvə silahına malikdir:
“Şimali Koreyanın nüvə başlığı daşıya bilən və ABŞ-a çata bilən ICBM-lərinin inkişafı hazırda yalnız yenidən giriş texnologiyası ilə məhdudlaşır”, – Prezident bildirib.
Xatırladaq ki, sentyabrın 22-də Şimali Koreya lideri Kim Çen İn ölkənin müdafiə potensialını artırmaq üçün “gizli silah” əldə etdiyini açıqlamışdı.
Tahir Turan
Globalinfo.az