YVATTVYROZJIXIZ3AZXW3U3QEU

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Liderlər mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb.

Globalinfo.az xəbər verir ki, suallardan biri AzərbaycanErmənistan arasında Vaşinqtonda baş tutan danışıqlar barədə olub.

Jurnalistlərdən biri Trampa sual ünvanlayıb:

“Cənab Prezident, bir neçə ay əvvəl Siz Prezident Əliyev və Baş nazir Paşinyanla görüşmüsünüz. Həmin görüşlə bağlı davam olaraq nələri qeyd etmək istərdiniz? Xüsusilə, AzərbaycanErmənistan arasındakı danışıqların hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?”

Ev rəhbəri bu suala qısaca “heç bir şey deyə bilmərəm” deyə cavab verib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: