Estoniya ölkəyə nüvə silahı daşıyıcılarının yerləşdirilməsinə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur Britaniyanın “Teleqraf” qəzetinə müsahibəsində danışıb.
O, Rusiyaya məxsus MiQ-31 qırıcılarının ölkəyə daxil olması ilə bağlı xəbərlərdən sonra bu təşəbbüslə çıxış edib.
“Estoniya öz ərazisində nüvə silahı daşımağa qadir olan Böyük Britaniyanın F-35A qırıcılarını yerləşdirməyə hazırdırmı” sualına nazir belə cavab verib:
“Qapımız müttəfiqlərə həmişə açıqdır”.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi döyüş təyyarələrinin Estoniyanın hava məkanını pozması ilə bağlı xəbərləri təkzib edib.
Bildirilib ki, Rusiyanın MiQ-31 təyyarələri Kareliyadan Kalininqrad vilayətindəki aerodroma planlı uçuş həyata keçirib.
Əliyar Xəlil
Globalinfo.az