ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışa bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkə səhifəsində paylaşım edib.
“Məncə, bu həftə və ya gələn həftənin əvvəlində danışıq baş tutacaq”, – deyə Tramp bildirib.
O, həmçinin Ukraynadakı münaqişənin həllinə sadiq olduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri arasında görüş avqustun 15-də Alyaskada baş tutub.
Əliyar Xəlil
Globalinfo.az