pre

Polşa Prezidenti Karol Navroçki Avropa İttifaqı (Aİ) və NATO-ya çağırış edib.

Globalinfo.az xəbər verir ki, o, Ukraynanın sözügedən təşkilatlara üzvlük məsələsini təxirə salmağı təklif edib.

Ölkə başçısı vurğulayıb ki, münaqişə vəziyyətində olan heç bir ölkə NATO-ya üzv ola bilməz.

“Əks halda, Polşa döyüşməli olacaq. Varşavanın da Avropaya inteqrasiyası prosesi uzun illər çəkib. Hesab edirəm ki, Ukrayna gələcəkdə sivilizasiyanın bir hissəsi olmalıdır. Bununla belə, Kiyevin Avropa İttifaqına üzvlüyü ilə bağlı bugünkü müzakirələr tezdir”, – Navrotski bildirib.

Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış da bəyan etmişdi ki, Ukrayna Volındakı hadisələrlə bağlı məsələni həll etməsə, Avropa İttifaqına daxil olmaq şansı olmayacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: