63dabc662b81663dabc662b817167527946163dabc662b81163dabc662b814

Qış təlimlərini izləmək üçün Türkiyənin Qars şəhərinə gedən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu hava limanında Türkiyənin müdafiə naziri Hulusi Akar qarşılayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında məlumat verilib.

***

19:18

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

Paylaş: