Çexiyanın keçmiş baş naziri hücuma məruz qaldı

Çexiyanın keçmiş baş naziri hücuma məruz qaldı

Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif siyasi hərəkatın mitinqində hücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

“Kimsə onun başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra o, xəstəxanaya gedib”, – məlumatda bildirilib.

Keçmiş baş nazirin başına bir neçə dəfə dəyənəklə zərbələr endirilib.