“26 avqust 2025-ci il tarixində Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı sözügedən hadisə baş vermişdir. Heç bir dağıntı və ya yanğın baş verməmişdir. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət almışdır. Yaralılara dərhal tibbi yardım göstərilmiş, həyatları üçün hər hansı bir təhlükə mövcud deyildir.”

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu sözlər Kəlbəcər rayonu Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsələ ilə bağlı sorğuya cavabında öz əksini tapıb.

Bildirilib ki, hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

22:43

Kəlbəcərdə yeni tikilən binalara qaz çəkilən zaman partlayış olub.

Globalinfo.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimovdur.

Məlumata görə, onlar ustadırlar, Kəlbəcərdə yeni inşa olunmuş binalardan birində qaz xəttinin çəkilişində çalışanlardır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: