Daha 5 nəfər son anda xilas edildi

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Dübəndi” sularda xilasetmə məntəqəsinin ərazisində, “Bilgəh” və “Qobustan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.