ukraynalilar

Ukraynalıların əksəriyyəti müharibənin nə bahasına olursa olsun bitməsini istəyir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu İlko Kuçeriv Demokratik Təşəbbüs Fondunun keçirdiyi sorğu əsasında məlum olub.

Sorğunun nəticələrinə görə, Ukrayna xalqının 73%-i Ukraynanın qələbəsinə inanır.

Müharibənin nəyin bahasına olursa olsun yaxın gələcəkdə bitməsini dəstəkləyənlər isə 55% təşkil edir.

Qeyd olunub ki, bu rəqəm 2024-cü ilə nisbətdə artıb.

Müharibənin başlanğıcında isə əhalinin 91.5%- qələbəyə inanırdı.

Qələbənin əsas göstəricilərinin nə olduğu sualına isə respondentlərin cavab nisbəti belədir:

Bütün ukraynalı əsirlərin, deportasiya edilənlərin və qaçırılanların qaytarılması-37%

Ukraynaya raket hücumlarının dayandırılması-30%

1991-ci ildə nəzərdə tutulmuş sərhədlər daxilində Ukrayna ərazilərinin azad edilməsi-27%

Putinin hakimiyyətdən getməsi-23%

Paylaş: