Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkədə keçiriləcək təlimlərində iştirakdan imtina etdiyini rəsmi şəkildə təsdiqləyib.
Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə “Sputnik Kazakhstan” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Ermənistan Müdafiə Nazirliyindən KTMT-nin təlimlərində iştirak etməməklə bağlı qərarına dair rəsmi məlumat almışıq. Təsdiqləyirik”, – qeyd olunub.