Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Görüş Vaşinqtonda, ABŞ prezidentinin iqamətgahının yaxınlığında, “Hay-Adams” otelində keçirilib.
Tərəflər ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə görüşdən əvvəl müəyyən məsələləri müzakirə ediblər.