İlk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb.
Globalinfo.az bildirir ki, ilk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə – 83 nəfər köçürülüb.


***14:22
Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.
Globalinfo.az bildirir ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə – 83 nəfər köçürülür.
Qeyd edək ki, bu gün Ağdərənin Kolatağ kəndinə də ilk köç karvanı yola salınıb.

