Şimali Koreya Rusiyaya əlavə 6 min hərbçi göndərməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kiril Budanov məlumat verib.
Onun sözlərinə görə, Pxenyan Rusiyaya 50-100 ədəd hərbi texnika – o cümlədən M2010 döyüş tankları və BTR-80 zirehli transportyorları da göndərəcək.
“Bu hərbçilərin bəziləri minatəmizləmə və istehkam tikintisi işlərinə cəlb oluna bilər. Amma hamısının bu işlərə qoşulacağı dəqiq deyil”, – Budanov bildirib.