1743600572191508338467ed3bbc13af7

ABŞ Maliyyə Nazirliyi İranla bağlı yeni sanksiya qərarı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İranın “ISNA” agentliyi yayıb.

Məlumata görə, sanksiyalar İslam Respublikası ilə əlaqəli olan 7 fiziki şəxsə və 11 hüquqi şəxsə qarşı yönəlib. Qərar əsasən İranın maliyyə, bank və kiberinfrastruktur sahələrində fəaliyyət göstərən şəxsləri və qurumları əhatə edir.

Qeyd edək ki, bu addım Vaşinqtonun Tehrana qarşı artan təzyiqlərinin növbəti mərhələsi kimi qiymətləndirilir. ABŞ rəsmiləri sanksiyaların məqsədinin İranın regionda sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq olduğunu bildiriblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: