Maskdan tviter əməkdaşlarına ultimatum

Amerikalı iş adamı və tviterin yeni sahibi İlon Mask şirkət işçilərinə yaxın gələcəkdə iş həcmini artırmağa hazırlaşmağı və ya işdən çıxmağı təklif edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, o, əməkdaşlarına şirkətdə qalmaq və ya işdən çıxmaq üçün öhdəlik imzalamalı olduqlarını bildirilib.

“Yeni tviterin bir hissəsi olmaq istədiyinizə əminsinizsə, lütfən, aşağıdakı linkdə “Bəli” düyməsini klikləyin”, – təşkilatdakı hər kəsə göndərilən e-poçtda deyilir. Məktubda qeyd olunur ki, sabah saat 17:00-a qədər sənədi imzalamayan hər kəs üç aylıq işdən çıxma pulu verilərək yola salınacaq”.