Məşhur aktrisa 33 yaşında öldü

Məşhur aktrisa 33 yaşında öldü

Amerikalı aktrisa Kelli Mak 33 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə aktrisanın ailəsi məlumat yayıb.

Bildirilib ki, Mak mərkəzi sinir sisteminin gliomasından vəfat edib.

Qeyd edək ki, Kelli Mak daha çox “Yeriyən ölülər” (“The Walking Dead”) və “Çikaqo həkimləri” (Chicago Med) seriallarındakı rolları ilə tanınırdı.