İmişli şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun ikisi İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi və qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“1964-cü il təvəllüdlü şəxsə (kişi cinsli) açıq kəllə-beyin travması, döş qəfəsinin qapalı travması, daxili orqanların zədələnməsi, III-IV dərəcəli travmatik şok, 2004-cü il təvəllüdlü şəxsə (qadın cinsli) qarının və döş qəfəsinin küt travması, daxili qanaxma diaqnozları təyin olunub.
Zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1964-cü il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb.
2004-cü il təvəllüdlü şəxsə (qadın cinsli) zəruri tibbi yardımlar göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub”, – deyə məlumatda bildirilir.
***12:41
İmişlidə baş verən qəzada 3 nəfər ölüb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə İmişli şəhərində qeydə alınıb.
Yük avtomobili ilə “VAZ 21099” markalı avtomobilin toqquşması nəticəsində “Vaz 21099″un sürücüsü və 2 qadın sərnişin ölüb.
Faktla bağlı araşdırma aparılır.