baki 9

Yay fəsli ilə əlaqədar Bakı şəhərində tıxaclar azalıb. Məktəblər, universitetlər bağlanıb və əhali tətilə, məzuniyyətə çıxıb. Nəticədə paytaxt yolları qismən boşalıb. Lakin sentyabr ayından etibarən həyat öz axarına qayıdacaq, hər zaman olduğu kimi tıxaclar yenidən artacaq. Bildirilir ki, sentyabrın 15-dən sonra sıxlıq ən pik nöqtəyə çata bilər. 

Aidiyyəti qurumlar bununla bağlı nə kimi işlər görə bilər? Tıxacları heç olmasa əvvəlki illərə nisbətdə azaltmaq mümkündürmü? Ümumiyyətlə, Bakı “yeni mövsüm müharibəsinə” hazırdırmı?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, aidiyyəti qurumların bu istiqamətdə ciddi tədbirlər görməməyi təəssüf doğurur:

Bakı normativ göstəricilərdən 4-5 dəfə artıq nəqliyyat vasitəsi ilə yüklənib. Tıxaclarla bağlı vəziyyətin artıq dönüşü yoxdur və bu prosesin qarşısını almaq mümkün görünmür. Əslində, bu sahədə heç bir irəliləyiş müşahidə olunmur, yalnız kosmetik müsahibələr verilərək, “yol ayrıcıları çəkirik”, “yol ötürücüləri inşa olunacaq”, “metro tikiləcək” kimi vədlər səsləndirilir. Nəticə etibarilə bunların reallaşmadığını görürük və bir vətəndaş olaraq, düzələcəyinə inanmırıq”.

ilqar 1
İlqar Hüseynli

Ətraflı videoda:

Ləman İmran
Globalinfo.az

Paylaş: