tramp 01jpg 1730115207

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinin avqustun 8-dək dayandırılmasına nail olmaq niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında bəyan edib. ABŞ-ın yüksək səviyyəli diplomatı Con Kelli Təhlükəsizlik Şurasının iclasında bildirib:

“Həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülh danışıqlarına başlamalıdır. Razılaşma vaxtıdır. Prezident Tramp bunun avqustun 8-nə qədər baş verməsini istəyir. ABŞ bu məqsədlə əlavə addımlar atmağa hazırdır”.

Təklif edilən təşəbbüsün detalları açıqlanmasa da, Vaşinqtonun sülh təşəbbüsündə yeni mərhələyə keçmək istədiyi vurğulanıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: