Putin bu ölkələrə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin bu həftə BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

O, səfərin işgüzar xarakteri daşıyacağını bildirib.

“Ümid edirəm ki, faydalı danışıqlar olacaq. Biz bunu son dərəcə mühüm hesab edirik”, – deyə Kreml rəsmisi vurğulayıb.