“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Yan Proud deyib.
“Zelenski şoumendir. O, Qərb sponsorlarına özünü göstərmək üçün teatr tamaşası qurmaq fikrindədir”, – deyə o bildirib.
Qeyd edək ki, iyulun 28-də Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin gələcək görüşünün Türkiyədə baş tutub-tutmayacağı ilə bağlı suala müsbət cavab verib.
Əliyar Xəlil
Globalinfo.az