Nobel Sülh Mükafatı üçün 287 namizəd qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Norveç Nobel İnstitutu məlumat yayıb.
Bildirilib ki, onlardan 208-i fiziki şəxs, 79-u isə təşkilatdır.
“Sudanın Fövqəladə Hallara Müdaxilə Mərkəzləri Nobel Sülh Mükafatının əsas namizədlərindən biri hesab olunur. Yerli əhalinin dəstəyi ilə fəaliyyət göstərən xeyriyyə təşkilatı insanlara tibbi yardım, ərzaq dəstəyi, təhsil və müdafiə xidmətləri göstərir.
Ekspertlər, həmçinin Roma Papası XIV Leonun da Nobel Sülh Mükafatını qazana biləcəyini ehtimal edirlər.
O, qlobal əməkdaşlığın qurulması istiqamətində fəal səylər göstərir. Papa dəfələrlə, o cümlədən Qəzza zolağında və Ukraynada sülhə çağırış edib.
Namizədlər arasında ukraynalılar da var. Onlardan biri “Ukraynanı xilas edin” təşkilatının həmtəsisçisi Nikolay Kulebadır.
Təşkilat əsasən Rusiya ilə müharibə zamanı itkin düşmüş ukraynalı uşaqların axtarışı ilə məşğul olur.
Ukraynadan digər mümkün namizəd kimi Yuliya Navalnayanın da adı çəkilir. Onun mükafatı qazanmaq şansı 5 faiz qiymətləndirilir”, – deyə “Times” qəzeti yazıb.
Günay Rəsulqızı
Globalinfo.az