Müalicə olunmayan döş xərçəngi ilə mübarizə aparan 49 yaşlı Amanda Barns illərdir arzuladığı toy gününü bəy olmadan keçirməyə qərar verib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat paylaşılıb. Verilən məlumata görə, hazırda subay olan qadın evlənmək arzusunu heç olmasa xüsusi bir gün kimi yaşamaq istəyib.
Amanda 2021-ci ilin oktyabrında sol qoltuğunun altında üzüm ölçüsündə iki şiş aşkarlayıb. 2022-ci ilin iyulunda isə ona üçüncü mərhələ döş xərçəngi diaqnozu qoyulub.
Uzun müddətdir evlənməyi arzulayan Amanda üçün dostları bu istəyini həyata keçirmək qərarına gəliblər. Onlar qadına gəlinlik seçməkdə kömək göstəriblər.
Avqustun 16-da isə Amandanın saç və makiyajı hazırlanıb. Daha sonra o, ən yaxın 30 ailə üzvünün iştirakı ilə təşkil olunan xüsusi şam yeməyinə qatılıb.
Beləliklə, Amanda həyatında həmişə arzuladığı gəlinlik geyinmək və toy ab-havasını yaşamaq istəyini bəy olmadan da olsa gerçəkləşdirib.