Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyevi Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qarşılayıb.


