İspaniyanın şimalında yerləşən San-Sebastyan şəhərində xəstəxanada müalicə olunan kişi meymunçiçəyi kimi tanınan mpox xəstəliyindən vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
61 yaşlı pasiyentin xəstəxanada eyni palatada qaldığı digər şəxsdən yoluxduğu bildirilib. Məlumata görə, onun immun sistemi zəif olub.
Yoluxma halı müəyyənləşdirildikdən sonra xəstəxanada əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Pasiyentlərlə təmasda olan, əsasən tibb işçilərindən ibarət 30-dan çox şəxs peyvənd olunub və onların vəziyyəti nəzarətdə saxlanılır.