İran parlamentində mobil telefonlardan istifadə qadağan olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məlumat verib.
“Rəyasət Heyətinin qərarına əsasən, millət vəkillərinin parlamentdə mobil telefondan istifadə etməsi qadağan olunub. Bu addım əsasən təhlükəsizliklə əlaqədardır. Deputatlar yalnız təkliflər vermək və vəzifələrini yerinə yetirməklə məşğul olmalıdırlar”, – deyə o bildirib.