Rusiya Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarında yeni taktika tətbiq etməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu İran istehsalı olan “Şahed” kamikadze dronlarının qarşısını almaq üçün radioelektron mübarizə sistemlərindən, pulemyotlardan və Almaniyaya məxsus müasir “Oerlikon Skynex” zenit qurğularından istifadə edir.
Lakin son genişmiqyaslı hücum zamanı 400-dən çox drondan 5,4 faizi hədəflərinə çatıb. Bu, son aylarla müqayisədə daha yüksək göstəricidir.
Yeni taktika çərçivəsində Rusiya eyni anda ölkənin müxtəlif bölgələrinə hücum etmək əvəzinə, diqqətini 1–2 şəhərə yönəldir.
Beləliklə, “Şahed” dronları ilə yanaşı qanadlı və ballistik raketlər də eyni vaxtda istifadə olunur və bu, Ukraynanın hava hücumundan müdafiə sistemlərini yükləmək məqsədi daşıyır.
Bununla yanaşı, ABŞ istehsalı olan “Patriot” sistemləri üçün raketlərin qıtlığı ilə bağlı narahatlıq da artır.
Əliyar Xəlil
Globalinfo.az