“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, iki dövlət liderləri arasında görüş zamanla baş tutacaq.
“ABŞ Prezidenti Donald Trampın bəyanatları onun Ukraynada nizamlanmaya mümkün qədər tez nail olmaq istəyindən xəbər verir. Lakin Vaşinqton bu prosesin mürəkkəbliyini getdikcə daha aydın şəkildə dərk edir. Artıq hamı kifayət qədər sərt və düz ritorikaya öyrəşib. Əslində, Rusiya Prezidenti Vladimir Putin Ukrayna nizamlanmasının mümkün qədər tez bir zamanda sülh yoluna keçməsi istəyindən dəfələrlə danışıb. Amma bu, uzun prosesdir, səy tələb edir və asan deyil. Çox güman ki, Vaşinqton bunu getdikcə daha çox başa düşür”, – Peskov yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl D.Tramp Moskvanın və Putinin hərəkətlərindən məyus olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az