“Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan bəzi komanda yoldaşlarına xəbər verib.
“Ötən ilin fevralında Nikol Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı. Bundan əvvəl də aylardır müxtəlif hökumət nümayəndələri KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid edir. Həmçinin üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirlər. Əslində KTMT deyil, Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq və Rusiya ilə iqtisadi əlaqələri kəsmək iqtisadi fəlakətlə nəticələnə bilər”, – deyə nəşr yazıb.
Qeyd edək ki, İrəvan 2023-cü ilin sentyabrından KTMT-nin proseslərində iştirakını dayandırıb.
Ötən gün Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanın KTMT-dən çıxma ehtimalı münasibətləri dondurmaqdan daha yüksəkdir.
Əliyar Xəlil
Globalinfo.az