owl detail 620 1f7bbfd172a29d9fd816a06e9a949116

Moskvaya yaxınlaşan pilotsuz uçuş aparatı (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, PUA-nın qalıqları müəyyən əraziyə düşüb və hazırda dağıntı yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir.

Bundan öncə Belqorod vilayətinin də Ukrayna Silahlı Qüvvələrinin kütləvi PUA hücumlarına məruz qaldığı, 10 yaşayış məntəqəsinin hədəfə alındığı bildirilmişdi.

Həmçinin Smolensk vilayətində də üç Ukrayna pilotsuz təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Məlumatlara görə, onlardan biri əraziyə düşərək partlayışa səbəb olub. Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.

Rusiya rəsmiləri son zamanlar Ukraynanın PUA hücumlarının intensivləşdiyini bildirir və hava hücumundan müdafiə sistemlərinin gücləndirildiyini vurğulayırlar.

Tahir Turan
Globalinfo.az

Paylaş: