“İran ABŞ və İsrailə daha güclü zərbə vurmağa qadirdir”.
Globalinfo.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei məhkəmə sisteminin nümayəndələri ilə görüşündə deyib.
“İranın hücum etdiyi ABŞ hərbi bazası bütün Yaxın Şərqdə hegemon idi. İranın bu bazaya sarsıdıcı zərbəsinin miqyası senzura aradan qalxdıqdan sonra bəlli olacaq. Təbii ki, ABŞ və digər ölkələr daha ağır zərbə ala bilərlər”, – Xamenei deyib.
Onun sözlərinə görə, İran bütün lazımi vasitələrə malikdir və həm diplomatik, həm də hərbi sahədə uğur qazanacaq.
Əliyar Xəlil