a9e0c997 d6ce 4066 944f 961f2e805a4d 2

“Moskva və İrəvandakı şovinist dairələr Azərbaycanla Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidəki görüşünün təşkilinin arxasında Vaşinqtonun dayandığı iddiasını irəli sürüblər. Yəni həmin dairələrin məntiqinə görə, BƏƏ ABŞ-ın bölgədə əsas müttəfiqlərindən biri kimi onun təlimatı əsasında AzərbaycanErmənistan liderlərinin görüşünü təşkil edib”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, sözügedən dairələr bunu görüşdən bir gün əvvəl ABŞ Dövlət katibi Marko Rubionun sülh sazişinin imzalanmasına dair optimist fikirlər söyləməsi ilə əsaslandırır:

“Vaşinqtonun sülh sazişinin imzalanmasına maraqlı olmasında qeyri-adi heç nə yoxdur. Buna baxmayaraq, Bakı ilə İrəvan arasında mümkün razılaşmanın arxasında Ağ Evin dayandığı barədə iddialar şişirdilib. Birincisi, Bakı ilə İrəvan öz aralarında razılıq əldə etməsəydilər, Vaşinqtonun istəyinə rəğmən Əbu-Dabidə görüş baş tutmazdı. Demək, tərəflər arasında uzun müddətdir birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub və bunun əsasında liderlər görüşə və mümkün razılaşmaya ehtiyac duyublar.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Həmçinin görüşün keçirildiyi BƏƏ ABŞ-ın tərəfdaşıdır, eyni zamanda Azərbaycan və Ermənistanla da sıx iqtisadi münasibətləri var. Yəni bu ölkə liderlərin görüş yeri kimi münasib məkanlardan biri olaraq dəyərləndirilib. Bunun üçün Vaşinqtonun xüsusi təklifinə ehtiyac olmayıb. Böyük ehtimal görüşün məhz BƏƏ-də baş tutması Azərbaycan Prezidenti İlham Əliyevin təklifinə əsasən qərarlaşdırılıb”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: