square 1280 webp f82a83d9470b766a5ad71b4bceb4d7ac

Ermənistan İstintaq Komitəsi (İK) Milli Assambleyada (parlament) ən böyük müxalifət fraksiyasının rəhbəri və ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi açıb.

Globalinfo.az-ın məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Ona qabaqlayıcı tədbir olaraq şəhəri tərk etməməsi barədə yazılı öhdəlik verilib”, – idarədən bildirilib.

Məlumata görə, Ermənistan Baş Prokurorluğu müxalifət liderini vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq, çirkli pulların yuyulması və saxta gəlir bəyannaməsi verməkdə ittiham edib. Ohanyan dindirmə zamanı ifadə verməkdən imtina edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: