869811 src

Husilər Yunanıstan gəmisinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news telekanalı məlumat yayıb.

Məlumata görə, Yəmən sahillərində Eternity C yük daşıyan gəmisinə hücum nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Husilərin Qırmızı dənizdə Liberiya bayrağı altında üzən Yunanıstanın “Eterity C” ticarət gəmisinə hücumundan sonra 3 nəfərin ölməsi ilə bağlı xəbərlər təsdiqlənib. Ölənlərdən ikisinin cəsədi tapılıb. Daha sonra digər 3-cü nəfərlə bağlı məlumat təsdiqlənib. Həmçinin iki nəfərin yaralanması ilə bağlı xəbərlər var”, – telekanal vurğulayıb.

Ümumilikdə, gəminin heyətinə 21 Filippin və 1 Rusiya vətəndaşı, həmçinin silahlı mühafizəçilərdən ibarət dəstə daxildir.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinin məlumatına görə, gəmi reaktiv yaylım atəşi ilə vurulub. Hadisə Yəmənin Hudeyda liman şəhərindən 51 dəniz mili (95 km) aralıda baş verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: