19619441 95f8 3dfc bda4 c571398adae6 850

Qırğızıstan prezidenti hökumətin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, Sadır Japarov bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən noyabrın 17-də ölkənin bütün bölgələrində yerli şuralara yeni deputatların seçkiləri keçiriləcək.

“Qırğızıstanın Batken və Leylek rayonlarının, Sulukta şəhərinin yerli şuralarına deputatların seçilməsi inzibati-ərazi islahatları çərçivəsində dəyişikliklərin qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla keçiriləcək”, – məlumatda bildirilib.

Beləliklə sentyabrın 17-si seçki aksiyalarının başlama günü kimi müəyyən edilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: