1634898218 119dedc6 6efa 48b3 90ca 8781674383b6

Rusiyanın Ryazan şəhərində “Malina” ticarət mərkəzinin yaxınlığında partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Agentliyin mənbəsinin verdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. İlkin məlumata görə, hadisə yerində əldəqayırma partlayıcı işə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində zərərçəkənlərdən birinin ayağı qopub. Digər zərərçəkənlərin vəziyyəti və xəsarətləri barədə məlumat yoxdur.

Tahir Turan

Globalinfo.az

Paylaş: