volt

Bakıda Wolt kuryerləri şirkəti boykot edirlər.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu barədə kuryerlər sosial şəbəkədə məlumat yayıblar.

Onların sözlərinə görə, iyulun 8-dən, yəni sabahdan kuryerlər xidmət göstərməyəcəklər. Buna səbəb isə çatdırılma haqqı ilə əlaqədardır. Kuryerlər bildirir ki, Wolt müştəridən aldığı çatdırılma pulunun cüzi bir hissəsini, yalnız 1.10 manatı işçilərə verirlər.

Motokuryerlərin sözlərinə görə, bu məbləğ qət etdikləri uzun məsafələr baxımdan sərf etmir.

6501d9b8 8dda 49ba 9102 672d1f465e72 1751886767

Paylaş: