İsrail Müdafiə Qüvvələrinə (IDF) aid pilotsuz uçuş aparatı mülkü avtomobilə zərbə endirib. Hadisə Beyrutun cənubundakı Xalde şəhərinə yaxın qəsəbədə magistral yolda baş verib. Hərəkətdə olan avtomobil hava hücumuna məruz qalıb.
Globalinfo.az-ın məlumatına görə, zərbə nəticəsində avtomobil yanaraq məhv olub.
Hücum zamanı “Hizbullah”ın silahlı qanadına aid yüksək rütbəli komandirlərdən biri öldürülüb.
Bildirilir ki, həmin şəxs İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələri ilə əlaqələrin koordinasiyasına cavabdeh idi.
Tahir Turan
Globalinfo.az