lavrovdan rutteye baris muzakerelerini engellemeye calisiyor 56nu

“Lavrovun ağzından indiyədək faydalı heç bir söz çıxmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte, Lavrovun alyansın dağılması ilə bağlı son fikrini şərh edərkən deyib.

Rutte ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının NATO-nun müdafiə xərclərinin artırılması ilə bağlı qərarını alqışlayıb və bunu “böyük xarici siyasət qələbəsi” kimi xarakterizə edib.

NATO Baş katibi istehza ilə deyib:

“Lavrov İsa Məsihin doğulduğu gündən Rusiyanın xarici işlər naziridir. O vaxtdan bəri ağzından faydalı heç bir söz çıxmayıb. Ona görə də cənab Lavrova çox da fikir verməyin”, – Rutte vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: