scale 1200 12

İsrail Müdafiə Ordusu Qəzza şəhərinin Sabra bölgəsində keçirdiyi hava əməliyyatı nəticəsində HƏMAS-ın hərbi qanadında qərargah rəisi və təşkilatın qurucularından biri olan Haxam Məhəmməd İssa əl-İssunun öldürüldüyünü bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ordu rəsmi bəyanat yayıb.

Bəyanatda əl-İssunun 7 oktyabr 2023-cü ildə HƏMAS tərəfindən həyata keçirilən qanlı hücumun planlaşdırılmasında və icrasında mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, o, HƏMAS-ın Qəzza zolağında sağ qalan son yüksək rütbəli rəhbərlərindən biri idi.

İsrail ordusu bəyan edib ki, qanlı qətliamda iştirak edən bütün terrorçular tapılıb zərərsizləşdirilənə qədər əməliyyatlar davam etdiriləcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: