timsah

ABŞ hökuməti Florida ştatındakı Everqleyds Milli Parkında 5 min çarpayılıq həbsxana tikməyə razılıq verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “USA Today” məlumat paylaşıb.

100 kvadrat kilometr ərazini əhatə edəcək obyektin “Alliqator Alcatraz” adlandırılması qərara alınıb:

“Təcridxananın saxlanmasına ildə 450 milyon dollar xərclənəcək. Həbsxana bataqlıq ərazidə tərk edilmiş aerodromun uçuş-enmə zolağında yerləşir, 200-ə yaxın alliqator (timsah) və çoxsaylı pitonlarla əhatə olunub. Onun iyulun əvvəlində istifadəyə verilməsi planlaşdırılır”.

Nəşr Florida ştatının baş prokuroru Ceyms Utmeyerə istinadən yazır ki, təcridxanada qeyri-qanuni miqrantlar saxlanılacaq:

“Yerli hüquqşünaslar layihənin ətraf mühitə və cəmiyyətə mənfi təsirini göstərəcəyini deyir. Onlar təcridxananın tikintisinə etiraz edirlər”.

22 111

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: